Ana Sayfa > Karusel / Gündəm > Norveç prokurorluğu Breyvikin həbsdə qalmasını istəyib
Norveç prokurorluğu Breyvikin həbsdə qalmasını istəyib20-01-2022, 23:33. Yazar: Admin |
Norveç prokurorluğu Anders Breyvikin həbsdə qalmasının tərəfdarıdır. Qarabaginfo.az-ın xəbərinə görə, 2011-ci ildə 77 nəfəri qətlə yetirmiş Breyvik bir neçə gün əvvəl məhkəməyə müraciət edərək vaxtından əvvəl azad olunmasını istəyib. Qeyd edək ki, Anders Breyvikin 22 iyul 2011-ci ildə Osloda törətdiyi partlayışda 77 nəfər həyatını itirib. Məhkəmənin hökmü ilə Breyvik Norveç qanunvericiliyinin müəyyən etdiyi ən yüksək həddə - 21 il azadlıqdan məhrum edilib. Lakin bu müddət prokurorluğun zəruri hesab etdiyi hallarda sonsuz sayda uzadıla bilər. Geri dön |