Ana Sayfa > Karusel / Gündəm > Türkiyə Ermənistanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür

Türkiyə Ermənistanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür


20-01-2022, 22:24. Yazar: Admin

Türkiyə Ermənistanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür

“Rəsmi Ankara İrəvanla danışıqların üçüncü ölkələrdə aparılmasına ehtiyac görmür”.

Qarabaginfo.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Ermənistanla danışıqların növbəti raundunun tarixini hər iki tərəfin xüsusi nümayəndələri müəyyən edəcək. Biz danışıqların Türkiyə və Ermənistanda baş tutmasını istəyirik. Onların üçüncü ölkədə keçirilməsinə ehtiyac yoxdur”, - mənbə bildirib.

Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin ediblər.


Geri dön