Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə daha 166 koronavirus xəstəsi vəfat edib
Türkiyədə daha 166 koronavirus xəstəsi vəfat edib20-01-2022, 22:00. Yazar: Admin |
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 166 nəfər ölüb. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib. Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 414 min 312 nəfərin test edildiyi, 71 min 843 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 948 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib. Geri dön |