Ana Sayfa > Karusel / Gündəm > Moskvada Rusiya və İranın xarici işlər nazirləri arasında görüş keçirilib
Moskvada Rusiya və İranın xarici işlər nazirləri arasında görüş keçirilib20-01-2022, 20:45. Yazar: Admin |
Yanvarın 20-də Moskvada Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşüb. Qarabaginfo.az-ın XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə İran prezidenti İbrahim Rəisinin Moskvaya ilk səfərinin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açdığı, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığı qeyd olunub. Danışıqlar zamanı, beynəlxalq məsələlərə, Rusiya-İran əməkdaşlığının perspektivlərinə, o cümlədən siyasi dialoqun inkişafı, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinə toxunulub. Nazirlər Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər hövzəsi də daxil olmaqla regional məsələlər barədə fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə müntəzəm dialoqun davam etdirilməsi razılaşdırılıb. Geri dön |