Ana Sayfa > Karusel / Gündəm > Asim Mollazadə Baydenin ürəyindən keçənləri oxudu: “Sadəcə blefdir“

Asim Mollazadə Baydenin ürəyindən keçənləri oxudu: “Sadəcə blefdir“


20-01-2022, 20:41. Yazar: Admin

Asim Mollazadə Baydenin ürəyindən keçənləri oxudu: “Sadəcə blefdir“

ABŞ prezidenti Co Baydenin mümkün ola biləcək Ukrayna işğalının qarşısının alınması üçün Rusiya tərəfinə qarşı səsləndirdiyi iddialı fikirlər dünya gündəmini zəbt etməkdədir.

Birləşmiş Ştatların dövlət başçısı öz açıqlamasında deyib: “Əgər Rusiya Ukraynaya hücum edərsə, ABŞ tərəfindən görmədiyi sanksiyalarla qarşı-qarşıya gələcək”.

Qarabaginfo.az-a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə mövzuya optimist yanaşıb.

“Düşünmürəm ki, yaxın müddətdə gərginlik müharibə ilə nəticələnsin. Qarşılıqlı təzyiqlər və diqqəti təhlükələrə cəlb etmək, sadəcə blefdir. Əslində, hər bir ölkənin başı həm pandemiya, həm də sosial-iqtisadi problemlərə qrışıb.

Üstəlik ABŞ-ın Sakit okean bölgəsində böyük problemləri var və diqqətini Avropa məkanından daha çox məhz Sakit okean hövzəsinə yönəldib. Rusiya da bu vəziyyətdən istifadə edərək Avropada qüdrətini isbatlamağa çalışır.

Fikrimcə, hədə-qorxular və təzyiqlərlə bu proseslər bir müddət davam edəcək”.

Baydenin sanksiyalar təhdidini şərh edən millət vəkili deyib:

“Sanksiyalara gəldikdə, hələ ki sərt sanksiyalar yoxdur. Sanksiyalar ola bilər, əgər işğal faktı olsa. İşğal olmasa, nə baş verəcək?

Müharibənin başlaması Rusiya üçün çox ciddi problemlər yarada bilər. Söhbət təkcə sanksiyalardan getmir, söhbət eləcə də, çoxsaylı insan itkilərindən və eyni etnik köklərə malik olan insanların bir-birini qətlə yetirməsindən gedir. 

Ümidvaram ki, bu proseslər qarşıdurma və qantökmə ilə müşahidə olunmayacaq. Azərbaycanın və müttəfiqimiz Türkiyənin marağı bölgədə sabitliyin olmasıdır. Məhz ona görə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev vasitəçi kimi də çıxış ediblər. Onlar münaqişənin qarşısını almağa çalışır, bəlkə də bu cəhd uğurlu olacaq”, - deyə siyasətçi yekunlaşdırıb.


Geri dön