Ana Sayfa > Karusel / Gündəm > "Sabah" Antalyada yenə eyni hesablı heç-heçə edib

"Sabah" Antalyada yenə eyni hesablı heç-heçə edib


20-01-2022, 20:04. Yazar: Admin

Sabah Antalyada yenə eyni hesablı heç-heçə edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandası növbəti yoxlama oyununa çıxıb.

Qarabaginfo.az-ın məlumatına görə, rəqib Ukrayna "Zarya"sı olub.

Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Sabah" görüşə qara sarğı ilə çıxıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. Baş hakimin şübhəli penalti qərarı nəticəsində geri düşməsinə baxmayaraq, "Sabah" 83-cü dəqiqədə Kamran Quliyevin qolu ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında da Macarıstan "Pakş"ı ilə eyni hesablı heç-heçə edib.


Geri dön