Ana Sayfa > Karusel / Siyasət > Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb

Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb


20-01-2022, 12:32. Yazar: Admin

 

Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
Məzahir Pənahov / Report

"Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb".

Qarabaginfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb: "Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur".

Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçirləcəyinə gəlincə M.Pənahov söyləyib: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".


Geri dön