Ana Sayfa > Karusel / Region > Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb
Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb20-01-2022, 12:09. Yazar: Admin |
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olması faktına görə həbs olunan 4 nəfər azad edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, Giorgi Narimanidze, Elquca Tsomaya, Zurab və Şalva Tsotsoriya 5 min lari məbləğində girov müqabilində məhkəmə zalından azadlığa buraxılıblar. Girov 1 ay ərzində ödənilməlidir. Xatırladaq ki, saxlanılan 4 şəxs ağır cinayəti gizlətməkdə, E.Tsomaya həm də sərhədi qanunsuz keçməyə köməklikdə ittiham olunub. Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidə 12 saylı türmədə saxlanılır.(Report) Geri dön |