Ana Sayfa > Karusel / Gündəm > Putin və Rəisi razılığa gəldi - Yeni mərhələ başlayır

Putin və Rəisi razılığa gəldi - Yeni mərhələ başlayır


20-01-2022, 10:49. Yazar: Admin

“İran və Rusiya arasında münasibətlər yeni, çoxşaxəli, intensivləşmiş mərhələyə keçib”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian iki ölkə prezidentlərinin dünən Moskvada keçirilən görüşünün yekunu barədə deyib.

 

“Rəisi ilə Putin arasında Kremldə keçirilən mühüm, səmimi və saatlarla davam edən görüş zamanı Tehran və Moskva arasında münasibətlər yeni, çoxşaxəli və sürətləndirilmiş yola keçib. Münasibətlərin yeni fəslində əla əməkdaşlıq olacaq. İki prezident uzunmüddətli yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər”.

 

Qeyd edək ki, Prezident İbrahim Rəisi rusiyalı həmkarının rəsmi dəvəti ilə iki günlük dövlət səfəri üçün Moskvaya gedib.


Geri dön