Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > Banklar gücləndirilmiş rejimdə işləyəcək

Banklar gücləndirilmiş rejimdə işləyəcək


14-10-2017, 18:23. Yazar: Admin

 

Bakı Ticarət Festivalı (“shopping festival”) ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabr ayının 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Bu barədə Modern.az-a Palatadan məlumat verilib.

 

Festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

 

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər:

 

Əlaqələndirici şəxs: Vüsal Həsənov. email: vü[email protected], tel: (+994) 12 493 50-58 (daxili 429), mob: (+994) 55 294 00 05.

 

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

 


Geri dön