Ana Sayfa > Karusel / Region > ASALA-dan Bakı və Ankaraya qarşı terror "hədəsi"
ASALA-dan Bakı və Ankaraya qarşı terror "hədəsi"19-01-2022, 22:54. Yazar: Admin |
Ermənilərin ASALA terror təşkilatı yaranmasının 47 illiyi ilə bağlı bəyanat yayıb və terrorçuların bəyanatını Ermənistan saytları yayımlayıb. Bəyanatın məğzi budur ki, ermənilər tarxilərinin ən qaranlıq və mürəkkəb dövrünü yaşayır. Qarabaginfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ermənilərin itkilərinə diqqəti çəkən terrorçu təşkilatın bəyanatında bunlar yer alıb: “Ermənilərin gələcəyə inamı azalıb. Qarabağın tamamilə itirilmə təhlükəsi ilə yanaşı Türkiyə ilə başlanan şübhəli dialoq nəticə verməyəcək. ASALA Qərbi Ermənistanın azadlığı və Ermənistanın bütövlüyü uğrunda mübarizəsini davam etdirəcək. Milli maraqlarımız və tarixi missiyasımız Türkiyənin dağılmasına, o cümlədən erməni torpaqlarının azad olunmasına xidmət etməlidir”. Politoloq “Ermənistan İkinci Qarabağ müharibəsində beynəlxalq terrorçularla üz-üzə qalmışdı” saxta iddiasını harda gəldi səsləndirən Ermənistan rəsmilərinin heç nədən çəkinmədən ASALA terror təşkilatının bəyanatını yaydıqlarını diqqətə çatdırıb: “Türkiyəni və Azərbaycanı hədəf göstərən təşkilat bəyanatında terroru davam etdirəcəyinin anonsunu verib. Terrorçu təşkilatın bəyanatını və bunu yayımlanmasını erməni separatizminə dəstək verənlərə göndərmək lazımdır ki, Azərbaycan və Türkiyə terrora qarşı anti-terror əməliyyatları keçirməyə hazırdır”.(axar.az)
Geri dön |