Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib


19-01-2022, 16:41. Yazar: Admin

Azərbaycanda son sutkada 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib, aktiv xəstə sayı 9 593 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, ötən müddət ərzində isə ümumilikdə 6 028 671 test aparılıb.


Geri dön