Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Hesablama Palatasının rəhbəri İSTEFA VERDİ

Ermənistan Hesablama Palatasının rəhbəri İSTEFA VERDİ


19-01-2022, 16:34. Yazar: Admin

Ermənistanın Hesablama Palatasının rəhbəri Levon Yolyan istefa verib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Ermənistan parlamenti 2017-ci ildə Yolyanı Hesablama Palatasının sədri vəzifəsinə seçib. O zaman 101 deputatdan 99-u onun namizədliyinə səs verib. O, bu postda İşxan Zakaryanı əvəz edib.

 

Qeyd edək ki, Ermənistan Hesablama Palatasının rəhbəri 6 il müddətinə seçilir.


Geri dön