Ana Sayfa > Karusel / Region > Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”


19-01-2022, 16:29. Yazar: Admin

Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

İndi Avropada tam hərbi əməliyyatlar indi qeyri-mümkündür.

Qarabaginfo.az-ın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Mən əminəm ki, Avropada və ya başqa haradasa baş verə biləcək genişmiqyaslı müharibə riski yoxdur. Moskvaya NATO-nun genişlənməsinə moratorium qoyulması deyil, Gürcüstan və Ukraynanın Alyansa üzv olmayacağına dair aydın təmnatlar lazımdır”, - rusiyalı diplomat Valday klubunda çıxış edərkən vurğulayıb.

 

O, Rusiyanın heç bir aqressiv addım atmayacağını da vurğulayıb: “Biz Ukraynaya hücum etməyəcəyik və işğal etməyəcəyik”.


Geri dön