Ana Sayfa > Karusel / Kriminal > Dövlət Komitəsi Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlayıb
Dövlət Komitəsi Tərtərdə məktəbli qızın qaçırılması ilə bağlı araşdırmalara başlayıb19-01-2022, 16:08. Yazar: Admin |
Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib. Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Qarabaginfo.az-a bildirib ki, rayonun Evoğlu kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı yanvarın 19-da quruma məlumat daxil olub. Onun sözlərinə görə, Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb. O bildirib ki, bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Ağdam rayon icra hakimiyyətlərində fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya"ya məktubla müraciət edilib. Geri dön |