Ana Sayfa > Karusel / Kriminal > Qaz sayğacı satmaq istəyən qadın saxlanılıb

Qaz sayğacı satmaq istəyən qadın saxlanılıb


19-01-2022, 16:05. Yazar: Admin

Qaz sayğacı satmaq istəyən qadın saxlanılıb

Tap.az saytında qaz sayğacı satmaq istəyən şəxs saxlanılıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Qarabaginfo.az-a  bildirib ki, yanvarın 18-də sözügedən saytda “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb.

“Məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı xanımdır. O, əməliyyat nəticəsində saxlanılıb. İnanırıq ki, məsələ hüquqi həllini tapacaq”, - deyə E. Vəliyev qeyd edib.

O, “Azəriqaz” İB-nin vətəndaşları bu kimi hallardan çəkinməyə çağırdığını da vurğulayıb.


Geri dön