“Biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının icrası prosesinin Kiyev tərəfindən dayandırılması ilə bağlıdır. Əgər türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə və öhdəlik götürməyə təşviq edə bilsələr, bu, ancaq alqışlana bilər”, - deyə Peskov qeyd edib.
Daha əvvəl Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini fikir ayrılıqlarını müzakirə etmək və həll etmək üçün Türkiyəyə səfərə dəvət etdiyini bildirib.(virtualaz.org)