Ana Sayfa > Karusel / İqtisadiyyat > Məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artıb
Məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artıb19-01-2022, 12:39. Yazar: Admin |
Azərbaycanda 2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 mlrd. manatı keçib və proqnoz 109,9% səviyyəsində icra olunub. Qarabaginfo.az xəbər verir ki bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabına yazıb. Nazir əlavə edib ki, qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. "Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3% artaraq 2,4 mlrd. manatı ötüb və proqnoz 113,2% yerinə yetirilib", - nazir bildirib. Geri dön |