Ana Sayfa > Karusel / Siyasət > Xələf Xələfov: “Qorbaçov ermənilərə satılmışdı”

Xələf Xələfov: “Qorbaçov ermənilərə satılmışdı”


19-01-2022, 12:29. Yazar: Admin

 

Xələf Xələfov XİN müavini vəzifəsindən çıxarıldı - BBC News Azərbaycanca

O dövrdə Azərbaycanın digər böyük şəhərlərinə, o cümlədən Bakıya sovet qoşunlarının yeridilməsinin əsas məqsədi alovlanan azadlıq hərəkatını qırmaqdan ibarət olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

“Məhz 20 Yanvar terror aktının, bu hərbi təcavüzün qəddarlığının mahiyyəti bundan ibarət idi. Ona görə də dünyada bir dövlət misli görünməmiş şəkildə öz millətinə qarşı silahlı qüvvələrdən istifadə etdi və bundan ötrü dövlətin başçısı əmr verdi. Bu hadisələri, cinayətləri törədən siyasi hakimiyyətin başçısı Mixail Qorbaçov idi. Qorbaçov ermənilərə satılmışdı. Qorbaçovun satqınlıq planları əsasında bu təcavüz həyata keçirildi. Azərbaycan xalqına həmin gün divan tutuldu. Yüzlərlə insan qətlə yetirildi. Bunların içərisində qadınlar, uşaqlar, qocalar, alimlər, təcili tibbi yardımın işçiləri var idi”, - nazir müavini deyib.

X. Xələfov qeyd edib ki, bu, Azərbaycan xalqının əzmini qıra bilmədi, ilk dəfə olaraq SSRİ-nin hakimiyyət orqanları Azərbaycanda süquta uğradı, onların fəaliyyəti iflic oldu: “Bu, Azərbaycan xalqı və onun iradəsi, qətiyyəti sayəsində baş verdi. 20 Yanvar hadisələri böyük tarixi qəhrəmanlıq salnaməsi yaratdı. Məhz 20 Yanvar hadisələri və baş vermiş cinayətlərin nəticələri keçmiş SSRİ-nin süqutunun başlanğıcı oldu”.

XİN başçısının müavini diqqətə çatdırıb ki, azadlıq hərəkatları digər respublikalarda da baş verib, lakin Azərbaycan məxsusi olaraq seçilib və ona qarşı bu cinayəti SSRİ siyasi rəhbərliyi təşkil edib: “Biz bu günü matəm günü kimi qeyd edirik. Amma bununla yanaşı qeyd etməliyəm ki, 20 Yanvar Azərbaycan xalqının qan yaddaşına yazılan tarixi qəhrəmanlıq, ləyaqət günü kimi tarixə keçib. Ona görə də biz həmin gün şəhidlik zirvəsinə ucalmış azərbaycanlıların və Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin əziz xatirəsini həmişə yad edirik. Azərbaycan müstəqillik əldə edəndən sonra müstəqilliyə aparan bu şərəfli yolda baş verənlər öz əsl qiymətini ala bilib. İlk dəfə olaraq Azərbaycana qarşı törədilən bu terror, cinayət hadisələrini qınayan Azərbaycanın böyük oğlu Heydər Əliyev olub”.


Geri dön