Ana Sayfa > Karusel / Region > “İnsanlar köç edirlər və dövlətdən uzaqlaşırlar”: Tevanyan Ermənistanın xilası üçün əsas şərti AÇIQLADI

“İnsanlar köç edirlər və dövlətdən uzaqlaşırlar”: Tevanyan Ermənistanın xilası üçün əsas şərti AÇIQLADI


19-01-2022, 02:46. Yazar: Admin

Ermənistan fraksiyasının deputatı Andranik Tevanyan parlamentdə çıxışı zamanı qalmaqallı fikirlər səsləndirib.

“İnsanlar köç edirlər və dövlətdən uzaqlaşırlar”: Tevanyan Ermənistanın xilası üçün əsas şərti AÇIQLADI

 

erməni mediasına istinadən xəbər verir ki, Tevanyan indi Ermənistanın 2020-ci il noyabrın 9-da olduğundan qat-qat çətin vəziyyətdə olduğunu deyib: “Əgər həmin vaxt insanlar şok keçirərək küçələrə axışırdırlarsa, indi onlar köç edirlər və dövlətdən uzaqlaşırlar”.

Deputatın sözlərinə görə, hazırda əsas vəzifə geniş ictimai-siyasi konsolidasiya (vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi) yolu ilə hakimiyyətin dəyişdirilməsidir: “Bu, Ermənistanın xilası üçün əsas ilkin şərtdir” – deyə deputat fikirlərini tamamlayıb.


Geri dön