Ana Sayfa > Karusel / Region > Rubinyan: "Daşnaklar Atatürkdən kömək istəyirdilər”

Rubinyan: "Daşnaklar Atatürkdən kömək istəyirdilər”


19-01-2022, 01:25. Yazar: Admin

Qarabaginfo.az xəbər verir ki, bunu Rubinyanın özü parlamentin bugünkü iclasında bildirib və əlavə edib ki, o, bu məsələ ilə bağlı əvvəlki danışıqlarda iştirak edənlərlə məsləhətləşib. Bu barədə hetq.am yazır.

“Mən müzakirələrə açığam, lakin təəssüflənirəm ki, bu mövzunun müzakirəsi son dərəcə manipulyasiya mühitində gedir. Düşünmürəm ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistan nümayəndəsini tənqid etmək olmaz”, – vitse-spiker deyib.

Bununla bələ, Rubinyan parlamentin getdikcə partiyaların mənasız toplantısına çevrildiyini qeyd edib və vurğulayıb ki, burada danışmağın əvəzinə sadəcə hay-küy salırlar.

“Siz və ya sizə bağlı qüvvələr və media gözlənilən addımlar atır, məni şübhəli əlaqələri olan şəxs kimi təqdim etməyə çalışır. Amma məni tənqid edən fraksiyaya “Daşnaksütyun” partiyasının nümayəndələri də daxildirlər, halbuki bu partiya vaxtında “Gənc türklərlə” əməkdaşlıq haqqında saziş imzalayıb, onun nümayəndələri 1918-ci ildə Konstantinopola səfər ediblər və orada bəyan ediblər ki, Ermənistan öz müstəqilliyinə görə Türkiyəyə borcludur, 1921-ci ildə isə onun təmsilçisi Simon Vratsyan hərbi yardım üçün Atatürkə müraciət edib. Bu gün isə partiya Robert Köçəryanı dəstəkləyir, amma onun prezidentlik dövründə Ermənistan və Türkiyə arasında gizli danışıqlar aparılıb”, – Rubinyan bildirib.

Parlamentin vitse-spikeri həmçinin ictimaiyyətdən hər gün “türk”, “agent”, “satqın” ifadələrini eşitməkdən yorulduğunu bildirib və onları mənalı diskussiyalara çağırıb. (Virtualaz.org)


Geri dön