Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukraynaya qoşun göndərməyi planlaşdırmır
ABŞ Ukraynaya qoşun göndərməyi planlaşdırmır19-01-2022, 01:16. Yazar: Admin |
ABŞ Ukraynaya əlavə qoşun göndərməyi planlaşdırmır. Bununla belə, Milli Qvardiyanın hərbçiləri orada qalaraq təlimatçı və məsləhətçi funksiyası yerinə yetirəcəklər. Qarabaginfo.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib. “Hazırda əlavə qüvvələrin rotasiya qaydasında Ukraynaya göndərilməsi nəzərdə tutulmur. Floridada dislokasiya olunan Milli Qvardiya yerindədir. Lakin biz Ukraynaya özünümüdafiə üçün kömək vasitələri axtarmağa davam edəcəyik”, - deyə Pentaqon rəsmisi vurğulayıb. Geri dön |