Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə daha 157 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 157 koronavirus xəstəsi vəfat edib


18-01-2022, 23:13. Yazar: Admin

Türkiyədə daha 157 koronavirus xəstəsi vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər ölüb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 253 nəfərin test edildiyi, 69 min 658 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 77 min 612 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.


Geri dön