Ana Sayfa > Karusel / Gündəm > Tələbəsi Cabbar Musayevi məhkəməyə verdi

Tələbəsi Cabbar Musayevi məhkəməyə verdi


18-01-2022, 20:47. Yazar: Admin

Tanınmış müğənni Cabbar Musayev xüsusi ittiham qaydası ilə məhkəməyə verilib.

Qarabaginfo.az xəbər verir ki, Musayev Cabbar İntiqam oğlu Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunur.

Onu tələbəsi Əsədova Dəniz Elman qızı məhkəməyə veribb.

Məhkəmənin hazırlıq iclası yanvarın 24-də keçiriləcək. Müğənni ilə bağlı işə Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatında baxılacaq.

İttihama görə, Cabbar Musayev sosial şəbəkələrdə D.Əsədovaya böhtan atıb.


Geri dön