Ana Sayfa > Karusel / Gündəm > OPEC: Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ
OPEC: Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ18-01-2022, 19:32. Yazar: Admin |
Ötən il Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub. Qarabaginfo.az xəbər verir ki, OPEC-in aylıq hesabatında 2021-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalaraq 0,72 milyon barel/sutka təşkil etdiyi bildirilib. Ümumilikdə, neft hasilatı oktyabr ayı ilə müqayisədə 2 min barel/sutka azalaraq orta hesabla 584 min barel/sutka təşkil edib. Bu, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Çıraq” platformasında texniki xidmət işlərinin davam etməsi ilə bağlı olub. Kondensat hasilatı isə stabil qalaraq 140 min barel/sutka təşkil edib. Dekabr ayında təmir işlərinin başa çatmasından sonra neft hasilatı orta hesabla 0,79 milyon barel/sutkayadək artıb. Həmçinin, hesabatda bu il Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi vurğulanıb. Geri dön |