Ana Sayfa > Karusel / Gündəm > Hökumət: "Taxıl-buğda istehsalında məhsuldarlığın artırılması istiqamətində tədbirlər görülməlidir"
Hökumət: "Taxıl-buğda istehsalında məhsuldarlığın artırılması istiqamətində tədbirlər görülməlidir"18-01-2022, 19:16. Yazar: Admin |
İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcəkdir. Bildirilib ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması olmalıdır. Taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin artırılması, nəticə yönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlər görülməlidir. Geri dön |