Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Azərbaycanda son sutkada 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib18-01-2022, 18:42. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 627 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 480 nəfər müalicə olunaraq sağalıb, 8 541 nəfər vəfat edib, aktiv xəstə sayı 8994 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 566, ötən müddət ərzində isə ümumilikdə 6 019 327 test aparılıb. Geri dön |