Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xocavənddə tikinti şirkətinin əməkdaşından narkotik TAPILDI
Ana Sayfa > Karusel / Gündəm > Xocavənddə tikinti şirkətinin əməkdaşından narkotik TAPILDI

Xocavənddə tikinti şirkətinin əməkdaşından narkotik TAPILDI


18-01-2022, 17:49. Yazar: Admin

Xocavənd rayonunun işğaldan azad edilən Düdükçü kəndi - FOTO | KONKRET

 

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı tikinti şirkətinin əməkdaşında narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb.

Tikinti şirkətlərindən birini işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.


Geri dön