Ana Sayfa > Karusel / Siyasət > Lavrov Minsk razılaşmalarının icrası üçün Almaniyanın Ukraynaya təsir etməsini istəyir
Lavrov Minsk razılaşmalarının icrası üçün Almaniyanın Ukraynaya təsir etməsini istəyir18-01-2022, 16:58. Yazar: Admin |
Rusiya Almaniyanın Kiyevin Minsk razılaşmalarını yerinə yetirməsi məsələsində Ukraynaya təsir edəcəyinə ümid edir. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib. "Ukrayna ilə bağlı bizdə Minsk tədbirlər paketinə alternativinin olmadığı barədə ümumi anlayış var. Biz tərəfdaşlara Rusiya Federasiyasını münaqişə tərəfi etmək cəhdlərinin qəbuledilməz olduğunu, son vaxtlar Minsk razılaşmalarının həyata keçirilməsində irəliləyişin olmamasına görə məsuliyyəti Rusiya Federasiyasının daşıması ilə bağlı cəhdlərin müşahidə olunduğunu bildirmişik. Ümid edirik ki, alman həmkarları Kiyevdəki tərəfdaşlarına təsir edəcək ki, onlar nəhayət öhdəliklərini yerinə yetirsinlər”, - deyə rusiyalı nazir vurğulayıb. Lavrov qeyd edib ki, bu kontekstdə o, almaniyalı həmkarı ilə “Normandiya formatı çərçivəsində əməkdaşlığın gələcək perspektivləri” və Minsk tədbirləri paketinin həyata keçirilməsinə kömək məqsədilə hansı addımların atılmasının vacibliyi barədə fikir mübadiləsi aparıb.
Geri dön |