Ana Sayfa > Karusel / Dünya > Almaniya XİN başçısı: "Biz Avropanı qazla təmin edəcək stabil, etibarlı Rusiya istəyirik"
Almaniya XİN başçısı: "Biz Avropanı qazla təmin edəcək stabil, etibarlı Rusiya istəyirik"18-01-2022, 16:29. Yazar: Admin |
“Biz Avropanı qazla təmin etmək üçün stabil, etibarlı Rusiya istəyirik”. Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib. “Çünki bizim uzun illər buna ehtiyacımız olacaq. Biz enerji ehtiyatlarının necə böyük potensialı olduğunu müzakirə etdik. Bizim iqlim dəyişikliyi ilə mübarizə üçün Rusiya ilə əməkdaşlığa ehtiyacımız var. Həmçinin enerji təhlükəsizliyi məsələləri ilə bağlı birgə işləməliyik. Dayanıqlı inkişaf istiqamətində görülən işlərdə Rusiyanın da oynayacağı rol var. Əgər bizim ortaq qaydalarımız olmasa, Avropada təhlükəsiz evimiz də olmayacaq. Hər kəs də bu qaydalara etimad etməlidir”, - vurğulayıb. Almaniyanın xarici işlər naziri Avropanın bu ortaq qaydalara, prinsiplərə inandığını və iqtisadi cəhətdən baha başa gəlsə belə bu qaydaları qorumağa hazır olduğunu qeyd edib. Geri dön |