Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan əhalisinin nominal gəlirləri ötən il 2,6% artıb
Azərbaycan əhalisinin nominal gəlirləri ötən il 2,6% artıb18-01-2022, 15:01. Yazar: Admin |
İlkin məlumatlara görə, 2021-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 57 181,5 mln. manat və ya hər nəfərə orta hesabla 5 708 manat təşkil edib. Qarabaginfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci illə müqayisədə əhalinin nominal gəlirləri 2,6%, adambaşına düşən gəlirin həcmi isə 2,2% artıb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 51 248,1 mln. manatlıq vəsait qalıb. Geri dön |