Ana Sayfa > Karusel / Gündəm > Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedəcək
Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedəcək18-01-2022, 13:27. Yazar: Admin |
Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər.
Qarabaginfo.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, təşkil edilən avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək işğaldan azad olunmuş ərazilərə gedib oradakı mövcud vəziyyəti öz gözləri ilə görə bilərlər.
“Hazırda ziyarət edənlərin həmin ərazilərdə qalması nəzərdə tutulmayıb, ziyarətçilər getdikləri gün də qayıtmalı olacaqlar. Bərpa və quruculuq işlərinin gedişatından, minalardan təmizləmə prosesindən asılı olaraq, bu müddətin artırılması mümkündür. Həmçinin gələcəkdə xarici vətəndaşlar da bu avtobus reyslərindən istifadə edə biləcəklər”. Geri dön |