Ana Sayfa > Karusel / Gündəm > Ali Məhkəmədə yeni şöbə yaradılıb

Ali Məhkəmədə yeni şöbə yaradılıb


18-01-2022, 12:27. Yazar: Admin

 

Ali Məhkəmədə yeni şöbə yaradılıb

“Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni strukturla bağlı əməkdaşlar da işə cəlb edilib: “Həmin şöbədə işləyən hüquqşünaslar hakimlərə qərarların ilkin variantını təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa imkan yaradacaq və hakimlərin fəaliyyətinin səmərəliyini qat-qat artıracaq”.


Geri dön