
Keniyanın şimal-qərbində amerikalı turistlərin olduğu vertolyot qəzaya düşüb. “Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, insident Keniya milli parkında Turkana gölündə baş verib. Nəticədə 4 turist və 1 pilot həlak olub. Ölən şəxslərin cəsədləri tapılıb.
Vertolyotun Keniya prezidenti Uilyam Rutoya məxsus olduğu bildirilir. Vertolyotu prezidentin rəsmi pilotu Mario Maqonqa idarə edirmiş.
Geri dön
|