Ana Sayfa > Karusel / Region > Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı 2,7 min nəfəri ötüb
Almatıda saxlanılan qanunsuz aksiyaçıların sayı 2,7 min nəfəri ötüb18-01-2022, 07:45. Yazar: Admin |
Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 748 nəfəri saxlayıblar. Bu barədə Qarabaginfo.az “TASS”a istinadən xəbər verir. Qeyd edək ki yanvarın 17-də 2 601 nəfərin saxlanıldığı bildirilirdi. “Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 748 iştirakçısı saxlanılıb. Ümumilikdə 131 odlu silah və 4 179 döyüş sursatı götürülüb”, - şəhər komendaturasının mətbuat xidməti məlumat yayıb. Geri dön |