Ana Sayfa > Karusel / Gündəm > BMT-nin Baş katibi: “Növbəti pandemiyaya hazırlaşmalıyıq”
BMT-nin Baş katibi: “Növbəti pandemiyaya hazırlaşmalıyıq”17-01-2022, 21:24. Yazar: Admin |
BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunda çıxışı zamanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb. Bu barədə Qarabaginfo.az RİA “Novosti”yə istinadən xəbər verir. “Biz hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla və Ümumdünya Səhiyyə Təşkilatının avtoritetini möhkəmləndirməklə növbəti pandemiyaya hazırlaşmalıyıq”, - A. Quterreş videomüraciətində bildirib. O, həmçinin mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa çağırıb. A. Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortasında isə 70%-ni peyvənd olunması ilə bağlı strategiyasını açıqlamışdı: “Biz bu məqsədlərdən uzağıq. Bu utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Peyvəndlərin paylanmasında ədalətə ehtiyacımız var”. Baş katibin qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi ilə peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin və müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər. Geri dön |