Ana Sayfa > Karusel / Gündəm > Çin-Monqolustan sərhədində 5,6 bal gücündə zəlzələ olub
Çin-Monqolustan sərhədində 5,6 bal gücündə zəlzələ olub17-01-2022, 20:21. Yazar: Admin |
Bu gün Çin-Monqolustan sərhədi yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bakı vaxtı ilə 19.04-də qeydə alınan yeraltı təkanların episentri Çinin 137 min əhalisi olan Xami şəhərindən 256 kilometr şimal-şərqdə və Monqolustanın 15,8 min əhalisi olan Altay şəhərindən 194 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Geri dön |