Ana Sayfa > Karusel / Gündəm > Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib
Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib17-01-2022, 20:12. Yazar: Admin |
Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları pisləyir. Qarabaginfo.az bildirir ki, hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Hücumlarda həyatını itirənlərə Allah rəhmət eləsin, ailələrinə, Birləşmiş Ərəb Əmirlikləri xalqına və hökumətinə başsağlığı veririk", - deyə bəyanatda qeyd olunub. Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft infrastrukturunun dron hücumuna məruz qalması nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Geri dön |