Ana Sayfa > Karusel / Gündəm > Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb17-01-2022, 18:54. Yazar: Admin |
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb. Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub. Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Geri dön |