Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda general təqaüdə göndərilib

Azərbaycanda general təqaüdə göndərilib


17-01-2022, 17:26. Yazar: Admin

 

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda polis generalı təqaüdə göndərilib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

Xatırladaq ki, ilk xəbəri oxu.az saytı yayıb.


Geri dön