Ana Sayfa > Karusel / Dünya > Kuleba Ukraynanın Donbassa hücum etməyəcəyini bildirib

Kuleba Ukraynanın Donbassa hücum etməyəcəyini bildirib


17-01-2022, 17:13. Yazar: Admin

Dmitri Kuleba

 

Ukrayna hakimiyyəti Donbasın Kiyevin nəzarəti altında olmayan hissəsinə hücum planlaşdırmır və ümid edir ki, Qərb ölkələri məsələnin diplomatik yolla həllinə nail olmaqda yardım edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Fransanın “Le Figaro” qəzetində çap olunan yazısında qeyd edib.

O, Rusiyanın Ukrayna ilə sərhədə çoxlu qüvvələr toplamasından narahatlıq ifadə edib və mövcud formatlar altında diskussiya aparılmasının vacib olduğunu vurğulayıb.


Geri dön