Ana Sayfa > Karusel / Gündəm > ANAMA-dan vətəndaşlara XƏBƏRDARLIQ

ANAMA-dan vətəndaşlara XƏBƏRDARLIQ


17-01-2022, 16:30. Yazar: Admin

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

 

Qarabaginfo.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

 

“Qaydalara riayət edək - Təhlükəsiz mühitin yaradılmasına dəstək olaq! Mina - gizlədilmişdir. Təhlükəli ərazilərə daxil olmayın. Minalanmış ərazilər ölüm tələsidir. Yaxınlaşmayın, daxil olmayın. Partlamamış hərbi sursatlar ölümcüldür. Ailənizi və yaxınlarınızı düşünün. Xəbərdaredici işarələrə əməl edin, evinizə sağlam qayıdın!”.


Geri dön