Ana Sayfa > Karusel / Qarabağ > “Şuşa İli” ilə bağlı Tədbirlər Planı HAZIRLANACAQ

“Şuşa İli” ilə bağlı Tədbirlər Planı HAZIRLANACAQ


17-01-2022, 16:23. Yazar: Admin

“Şuşa İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq.

 Qarabaqinfo.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamda əksini tapıb.

 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Şuşa İli” ilə bağlı Tədbirlər Planına dair təkliflərini iyirmi gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Geri dön