Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda nikaha girənlər artıb - RƏSMİ

Azərbaycanda nikaha girənlər artıb - RƏSMİ


17-01-2022, 16:14. Yazar: Admin

Azərbaycanda 2021-ci ildə nikaha daxil olanların sayı açıqlanıb.

 

Ədliyyə Nazirliyindən Qarabaqinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin 12 ayı ərzində qeydiyyat orqanlarında 56 319 nikaha daxilolma faktı qeydə alınıb.

 

2020-ci ildə isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 35 348 nikah bağlanıb.

 

Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, sərt qapanmalarla keçən 2020-ci illə müqayisədə 2021-ci ildə nikahların sayı artıb.

 

Qeyd edək ki, sərt karantin tədbirləri çərçivəsində 14 mart 2020-ci ildə toyların keçirilməsinə qoyulan qadağa 2021-ci il iyulun 1-də aradan qaldırılıb. 


Geri dön