Ana Sayfa > Karusel / Dünya > Rusiya Latın Amerikasında raketlər yerləşdirə bilər?

Rusiya Latın Amerikasında raketlər yerləşdirə bilər?


17-01-2022, 15:00. Yazar: Admin

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kuba və Venesuelada Rusiya raketlərinin yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıraraq, bu ölkələrin suverenliyini haqqında unutmamağa çağırıb.

"Biz hələ də suveren dövlətlərdən danışırıq, bunu unutmayaq", - Kremlin sözçüsü bazar ertəsi jurnalistlərə deyib.

 

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RTVI telekanalına müsahibəsində Rusiya raketlərinin Kuba və Venesuelada yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, bunu nə təsdiq, nə də təkzib edib.(virtualaz.org)


Geri dön