Ana Sayfa > Karusel / Gündəm > Prezident İlham Əliyevin təşəbbüsü ilə Şabranda yaradıcılıq ittifaqları üçün şəhərcik salınır

Prezident İlham Əliyevin təşəbbüsü ilə Şabranda yaradıcılıq ittifaqları üçün şəhərcik salınır


2-03-2019, 15:24. Yazar: Admin

 

 

 Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şabranda yaradıcılıq ittifaqları üçün şəhərcik salınır. 

"Qarabaginfo" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bildirib. 

O deyib ki, bu, ilk belə mərkəz olacaq.

Layihə rəhbəri Cahangir Məmmədrzayev isə açıqlamasında bildirib ki, şəhərciyin tikintisi üçün səfalı havası və qədim xalçaçılıq ənənələri ilə məşhur olan Pirəbədil kəndində 12,6 hektar ərazi ayrılıb. Hazırda tikinti ərazisində axtarış və ölçüləndirmə işləri həyata keçirilir. Layihənin konsept forması hazırdır. Bundan sonra şəhərciyin eskiz, işçi və əsas layihəsi hazırlanacaq. Layihələndirmə tamamlandıqdan sonra şəhərciyin tikintisinə start veriləcək.

İlkin plana əsasən, şəhərcikdə əsas bina və otel inşa ediləcək. Otel binası bir neçə korpusdan ibarət olacaq. Bundan əlavə, şəhərcikdə açıq havada amfiteatr, kotteclər, konfrans zalı, poeziya mərkəzi, restoran, SPA mərkəzi, böyük hovuz, idman meydançaları, uşaq-əyləncə mərkəzləri, avtomobil dayanacağı və başqa xidmət obyektləri olacaq.

Yaradıcılıq ittifaqları üçün tikilən şəhərciyə gediş-gəliş də rahat olacaq. Belə ki, şəhərcik Prezident İlham Əliyevin sərəncamı yeni salınmış Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun kənarında yerləşəcək.


Geri dön