Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub
Ana Sayfa > Karusel / Siyasət > Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub


17-01-2022, 14:27. Yazar: Admin

 

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna bir sıra dəyişikliklər edilib.

Qarabaginfo.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, qurumun Beynəlxalq Əlaqələr Baş İdarəsi ləğv olunub və onun səlahiyyətləri bir neçə başqa struktur arasında bölüşdürülüb.

Bundan başqa, Xidmətin tərkibində Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi, Xidmətin aparatında isə Protokol bölməsi yaradılıb.

Yeni struktur vahidlərinin rəhbərliyinə hələlik təyinat yoxdur.


Geri dön