Ana Sayfa > Karusel / Siyasət > DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə reaksiya
DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə reaksiya17-01-2022, 14:00. Yazar: Admin |
Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğlunun töhmət alması ilə bağlı yayılan məlumatı təkzib edib. Qarabaginfo.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır: "Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb. Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik", - E.Hacıyev deyib.) Geri dön |