Ana Sayfa > Karusel / Siyasət > Kreml Poroşenkonun Ukraynaya qayıdışı ilə bağlı vəziyyəti izləmir
Kreml Poroşenkonun Ukraynaya qayıdışı ilə bağlı vəziyyəti izləmir17-01-2022, 13:54. Yazar: Admin |
Kreml sabiq prezident Pyotr Poroşenkonun Ukraynaya qayıtması ilə bağlı vəziyyəti izləmir. Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Xeyr, biz bunu izləmirik. Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin siyasi rəqiblərindən biridir. O, müxalifətdədir. Amma bu, bizim yaxından izləyəcəyimiz məsələ deyil”, - D. Peskov əlavə edib. Kremlin sözçüsü onu da qeyd edib ki, Zelenskinin siyasi opponentləri Ukraynada çətin günlər keçirirlər: “Bu göz qabağındadır. Biz bunu qeyd edirik”. Geri dön |