Ana Sayfa > Karusel / Cəmiyyət > Bu gün maqnit qasırğasının baş verməsi gözlənilir
Bu gün maqnit qasırğasının baş verməsi gözlənilir17-01-2022, 11:56. Yazar: Admin |
Yanvarın 17-də geomaqnit sahənin qeyri-stabil və aktiv səviyyə arasında (Kp = 3-4), yanvarın 18-də isə CH HSS təsirinin zəifləməsi ilə sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi gözlənilir. Şamaxı Astrofizika Rəsədxanasından Qarabaginfo.az-a bildirilib ki, yanvarın 14-də Günəşdə baş vermiş tac kütlə atılması (CME) geomaqnit fəallığın artmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq yanvarın 17-də G1 (zəif) maqnit qasırğasının baş verməsi ehtimal olunur. Proqnoz dövrünün üçüncü günündə (19 yanvar) geomaqnit sahədə sakit şərait gözlənilir (Kp=1-2).(Apa) Geri dön |